...

Bakı sürücülərinə şad xəbər

Cəmiyyət Materials 20 Aprel 2015 11:56 (UTC +04:00)
Paytaxtın Heydər Əliyev prospektinin Əsas yolu açılır.
Bakı sürücülərinə şad xəbər

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Heydər Əliyev prospektinin Əsas yolu açılır.

Trend xəbər verir ki, "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Heydər Əliyev prospekti Əsas yolda aparılan təmir işləri yekunlaşdığı üçün bu gün, aprelin 20-də axşam saatlarında nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcəkdir.

Eyni zamanda, aprelin 20-dən 21-nə keçən gecə Heydər Əliyev prospekti köməkçi yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti Əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti