...

Day.Az "Uğur" Milli mükafatına layiq görüldü (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2015 16:22 (UTC +04:00)
Day.Az Media Şirkəti 2014-cü ilin yekunlarına görə “Uğur” Milli mükafatına layiq görülüb.
Day.Az "Uğur" Milli mükafatına layiq görüldü (FOTO)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Day.Az Media Şirkəti 2014-cü ilin yekunlarına görə "Uğur" Milli mükafatına layiq görülüb. "Rixos Şamaxı Palace" hotelində mükafatın təntənəli təqdimetmə mərasimi keçirilib.

Mərasimdə media nominasiyası üzrə Day.Az Media Şirkəti "Uğur" mükafatı ilə təltif edilib.

Day.Az Media Şirkəti Azərbaycanın iri və nüfuzlu internet media şirkətidir. Azərbaycan, rus, ingilis dillərində day.az, milli.az, today.az xəbər saytları olan şirkətin həmçinin e-mail xidməti, moy.day sosial şəbəkəsi, video.day.az, music.day.az, kinozal, motor.day.az və s. profilli saytları fəailiyyət göstərir.

Rusiyanın nəhəng Yandex.ru axtarış sisteminin Cənubi Qafqazın xəbər saytları reytinqində Day.Az portalı liderdir. Şirkətin lady.day.az saytı ailə, sağlamlıq, gözəllik, moda, kulinariya, bir sözlə qadın həyatının bütün maraqlı məqamlarını işıqlandırır. Jobs.Day.Az saytı Azərbaycanda şirkətlərə, sahibkarlara tez və effektiv şəkildə işçi, iş axtaranlara isə arzuladıqları işi tapmaq imkanı verir. Şirkətin yeni layihəsi olan motor.day.az saytı avtomobil həvəskarları üçün yaradılmş bölümdür.

Day.Az media şirkəti ötən il müxtəlif sosial layihələr həyata keçirib, "Mən səni sevirəm Azərbaycan" təbliğat layihəsi təqdim edib, siqaret əleyhinə ictimai kampaniya aparıb, uşaqlar üçün nağıllar müsabiqəsi keçirib, "FLadys" qadın klubu çərçivəsində qadınlar və uşaqlar üçün treninqlər və master klasslar təşkil edib, "Ekodom" layihəsi ilə gənc arxitektorlar və dizaynerlərə dəstək məqsədilə müsabiqə keçirib. Day.az saytında aviareyslərin operativ online cədvəlini yaradıb, ötən il keçirilən futbol üzrə Dünya Çempionatı ilə bağlı bölmə istifadəyə verib. Həmçinin, hər il olduğu kimi, "Xalq seçimi" layihəsini uğurla başa vurub, oxucuların səsverməsi ilə qalib seçilən müxtəlif əmtəə nişanlarını mükafatlandırıb.

Day.Az Media Şirkəti ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarına, sərgi və konsertlərə, filmlərə, mədəniyyət tədbirlərinə informasiya dəstəyi göstərir. Şirkətin saytları mütəmadi olaraq öz oxucuları üçün yeni bölmələr yaratmağa və maraqlı müsabiqələr keçirməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti