...

"Azərbaycanın geosiyasəti"

Cəmiyyət Materials 6 İyul 2015 16:13 (UTC +04:00)
Bundan irəli gələrək müəllif yazır ki, 1990-ci illərdə H. Əliyev azərbaycançılıq ideyasına müraciət edərək onu milli və birləşdirici, hərəkətverici təlimə çevirdi.
"Azərbaycanın geosiyasəti"

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Bundan irəli gələrək müəllif yazır ki, 1990-ci illərdə H. Əliyev azərbaycançılıq ideyasına müraciət edərək onu milli və birləşdirici, hərəkətverici təlimə çevirdi. Məhz onun dövründə azərbaycançılıq ideyası məzmunca tamamlanaraq və zənginləşdirilərək, yeni konfiqurasiyada rəsmi dövlət siyasəti səviyyəsində ölkə vətəndaşlarının və bütün dünya azərbaycanlılarının birləşdirici və səfərbəredici milli ideyası statusuna qaldırıldı.

6. Balanslı xarici siyasət və tarazlı daxili inkişaf

Dünyanın geosiyasi durumuna nəzər saldıqda dünya güclərinin bir neçə yerə bölündüyünü görməmək mümkün deyil. Bu gün geoiqtisadi maraqlar, təbii qaynaqlar uğrunda kəskin mübarizə gedir, hətta bəzən bu mübarizə üstüörtülü olsa da silahlı qarşıdurmaya keçir. Yuxarıda qeyd etdiyimiz kimi artıq ideoloji müharibədən qaynaqlanan soyuq müharibə arxada qalıb, ancaq bu mübarizə və müharibə davam edir. Bu dəfə müharibənin ünvanı geoiqtisadi maraq və geosiyasi məkandır. Hətta bir blokda birləşən güclər bəzən öz aralarında bir-biri ilə amansız mübarizə aparırlar.

Belə bir şəraitdə qlobal güc olmayan Azərbaycan uğrunda illərdir bundan əvvəl başlayan və hələ də davam edən mübarizənin ardı-arası kəsilmir, onun geosiyasi məkanına və təbii qaynaqlarına sahib olmaq üçün Azərbaycan dövlətinə hələ də təzyiqlər davam edir. Hər beynəlxalq güc Azərbaycanı yanında görmək, onun qoyduğu şərtlərə və prinsiplərə əməl etməsini istəyir. Belə çətin və mürəkkəb dövrdə Azərbaycan dövlətinin başçısı hansı addımı atmalı idi ki, millətini və dövlətini inkişaf etmiş dövlətlər səviyyəsinə qaldıra bilsin. Bu barədə hörmətli professor yazır: "Mütəxəssislər hesab edir ki, Heydər Əliyevin milli inkişaf siyasətində əsaslandığı və keçid dövrü üçün dövlət quruculuğunda nəzərə alınmasını tələb etdiyi əsas vəzifələrdən biri balanslı xarici siyasət və tarazlı daxili inkişaf prinsipi idi..." (Bax, s. 120)

Daha sonra o qeyd edir ki, Heydər Əliyev həm Azərbaycanın dövlət idarəçiliyinin qurulmasında, ölkədaxili ictimai-siyasi və milli-vətəndaş birliyinin yaradılmasında, sabitlik və quruculuğun bərqərar olmasında, iqtisadi, sosial, mədəni və s. islahatların aparılmasında tarazlı inkişafın, həm də respublikanı əhatə edən regional və dünya dövlətləri ilə qarşılıqlı-faydalı münasibətlərin yaranmasında balanslı siyasətin pozulmasına heç zaman yol vermədən, Azərbaycanın fərqli daxili və xarici maraqlar müstəvisində öz müvazinətini lazımi səviyyədə qoruyub saxlanmasını təmin etmişdir.

III Fəsil haqqında

Kitabın I bölməsinin III fəsli "Azərbaycan Respublikasının müasir geosiyasi inkişaf xüsusiyyətləri: geosiyasi statusu, vəzifələri və perspektivləri" haqqındadır.

Ə.Həsənov bu fəsildə geosiyasi inkişaf perspektivlərini, tendensiyalarını, konturlarını, region haqqında yazılan və deyilən tezisləri ümumiləşdirərək konseptual nəticəyə gəlir. O yazır: ... region ölkələrinin inkişaf tendensiyalarını və perspektivlərini qiymətləndirən əksər ekspertlər:

- Əlverişli coğrafi, geosiyasi, geoiqtisadi, hərbi-geostrateji mövqelərini;

- yürütdüyü müstəqil və xarici siyasətini;

- zəngin təbii ehtiyatlarını, maddi, mənəvi, əmək və insan resurslarını;

- Şərq-Qərb alternativ nəqliyyat-kommunikasiya, tranzit və enerji dəhlizlərinin yaradılması sahəsində yürütdüyü transmilli siyasəti və tutduğu düzgün mövqeyini;

- daxili ictimai-siyasi sabitliyi təmin etməsini, demokratik dövlət, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı quruculuğu prinsiplərini rəhbər tutmasını;

- son on ildə nail olduğu dinamik sosial-iqtisadi inkişafı və gələcək inkişaf potensialını nəzərə alaraq Azərbaycan Respublikasını bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli perspektivli ölkəsi hesab edirlər.

Mütəxəssislərin fikrinə görə geosiyasi xarakteristikanın əsas dəyər ölçüləri kimi çıxış edən həmin amillər ölkənin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də bugünkü dinamik dinamik inkişafı şərtləndirmişdir. (Bax, s. 123-124)

Müəllifin Azərbaycan haqqında geosiyasi xarakteristikası bununla yekunlaşmır. Onun fikrincə geosiyasi xarakteristikasının ən mühüm amillərindən biri də onun coğrafi ölçüləri, sərhədlərin vəziyyəti, qonşularla münasibətidir. O yazır ki, ərazisinin təbii və coğrafi resurslarına onun:

  • 86.6 min kvadrat km. quru və 80 min kvadrat km. Xəzər dənizindəki milli sektoru;
  • Avropa və Asiyanı birləşdirən əlverişli coğrafi, geosiyasi və geoiqtisadi vəziyyəti;
  • Avtomobil, dəmir yolu və su nəqliyyatı vasitəsilə Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan, Orta Asiya və Qara dəniz bölgəsi ölkələri ilə nəqliyyat-kommunikasiya xətləri və s. daxildir.

Azərbaycanın geosiyasi dəyərini artıran amillərindən biri də onun Avrasiyanın mərkəzində yerləşməsi, bütün iqtisadi məkanlara qonşu ölkələrin vasitəsi ilə çıxmasıdır. O yazır: "Ölkənin geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinin qurulmasına müsbət təsir göstərən əsas amildən biri onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda yerləşməsi hesab olunur. Ölkə dünyanın ən əhəmiyyətli regionlarından hesab olunan Avrasiyanın ortasında yerləşir, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanır.

  • Azərbaycan Gürcüstanla birlikdə, Xəzər-Qara dənizləri arasındakı mühüm əhəmiyyətli Kontinental geosiyasi məkanın;
  • Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-Cənub-Şərqi Asiyanın;
  • Rusiya İranla birlikdə Şimal-Cənub dəhlizinin;
  • Şərqlə Qərb arasındakı əksər transmilli nəqliyyat-kommunikasiya layihələrinin;
  • NATO və KTMT kimi hərbi-strateji bloklaşmaların təmas xəttində yerləşir, həm Avropanın, həm Asiyanın, həm də bəhs olunan sahələr üzrə Xəzər-Qara hövzəsi Cənubi Qafqazın regional maraqlar mübarizəsində önəmli vəsilə kimi çıxış edir". (Bax, s. 124-125)

Göründüyü və müəllifin də qeyd etdiyi kimi Azərbaycanın geosiyasi məkanı geostrateji və geoiqtisadi məkan kimi çox cəlbedicidir və bu məkan uğrunda yüz illərdir amansız mübarizə gedir. Əlbəttə gənc bir dövlət üçün bu mübarizənin ortasında durmaq və güc dövlətləri ilə balanslı siyasət dilində danışmaq, dövlətin və milli maraqları daha üstün tutmaq, güc dövlətləri arasında yaranan münaqişələrə, bəzəndə silahlı toqquşmalara qoşulmamaq, Azərbaycanı regional liderə çevirib bütün tərəflərlə bərabər səviyyədə əməkdaşlıq etmək, onun geosiyasi, geostrateji prioritetlərini müəyyənləşdirmək və dönmədən bu siyasəti davam etdirmək ağır da olsa dönməzdir və bunun da əsası 90-cı illərin əvvələrində qoyulub.

Hörmətli professor yazır ki, geoiqtisadi dəyərinə görə prezident Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu yeni neft strategiyası və digər transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyata keçirilməsi, sözün həqiqi mənasında, Azərbaycanı geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaş etmişdir. Ölkənin əlverişli geoiqtisadi dəyəri həm də yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış, keçən illərdə yürüdülən düzgün iqtisadi inkişaf startegiyası ümumilikdə Azərbaycanı Avrasiyanın iqtisadi, siyasi və sosial mənəvi cəhətdən dinamik inkişaf edən bir ölkəsinə, dövlətlərarası ölkələrdə ciddi geosiyasi faktora çevrilmişdir.

Yazdıqlarımızın təsdiqi kimi müəllif yazır ki, layihələrin həyata keçirilməsi zamanı Azərbaycana hansı təzyiqlərin olunması izahedilməz şəkildə olub, amma buna baxmayaraq dövlət öz maraqlarını qoruyub, ona lazım olan, həyata keçirilməsi arxivacib olan planları təsdiqlətdirib: "Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılmasını nəzərdə tutan layihələrin reallaşması heç də asanlıqla başa gəlməyib, müxtəlif beynəlxalq, regional və yerli geosiyasi maraqların toqquşması ilə müşahidə olunub. Lakin Azərbaycanın tam müstəqil geosiyasi, geoiqtisadi və təhlükəsizlik siyasəti, prinsipial və qətiyyətli mövqeyi Asiya ilə Avropanı birləşdirən böyük enerji-nəqliyyat layihələrinin həyata keçirilməsini mümkün etdi, hazırda, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorosiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən üç neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Bakı-astara-İran və Bakı-Rusiya kimi illik gücü təxminən 30-40 milyard kub metr olan maye qaz kəmərlərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki risklərini demək olar ki, sıfra endirmişdir. (Bax, s. 128)

Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti