...

Trend bir sıra Rusiya KİV-ləri ilə saziş imzalayıb (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2015 20:01 (UTC +04:00)
Trend İnformasiya Agentliyi Rusiyanın beş kütləvi informasiya vasitəsilə əməkdaşlıq və informasiya mübadiləsi barədə saziş imzalayıb.
Trend bir sıra Rusiya KİV-ləri ilə saziş imzalayıb (FOTO)

Rusiya, Həştərxan, 20 sentyabr /Trend/

Trend İnformasiya Agentliyi Rusiyanın beş kütləvi informasiya vasitəsilə əməkdaşlıq və informasiya mübadiləsi barədə saziş imzalayıb.

Müqavilələr Həştərxanda 16-20 sentyabr tarixlərində keçən I Xəzər Media Forumu çərçivəsində imzalanıb.

Saziş Trend-in Rus xəbərlər xidmətinin başçısının müavini Azad Həsənli və Həştərxan vilayəti hakimiyyətinin xəbər mərkəzinin direktoru Andrey Semençuk, "Punkt-A" informasiya-xəbər resursunun baş redaktoru Aleksey Kojevnikov, "Kaspiy-İnfo" xəbər portalının baş direktorunun vəzifələrini icra edən Leonid Xayut, Həştərxan vilayətinin "Gənclər üçün layihələr və proqramlar direksiyası" ("Xəzər gənclər informasiya agentliyi") dövlət budcə müəssisəsinin başçısı Yekaterina Sablina və "astrakhanpost.ru" informasiya-xəbər portalının baş redaktoru Aleksandr Alımov arasında imzalanıb.

Sazişə əsasən, tərəflər informasiya mübadiləsində və birgə layihələrin reallaşdırması sahələrində əməkdaşlıq aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti