...

Bakı Şəhər Halqası Bakutel sərgisində

Cəmiyyət Materials 1 Dekabr 2015 12:30 (UTC +04:00)
2-5 dekabr tarixlərində Bakıda keçiriləcək Bakutel Beynəlxalq Telekommunikasiya və İnformasiya konfrans-sərgisinin 200-ə yaxın iştirakçısı arasında Formula 1 Avropa Qran Prisinin Azərbaycandakı promouteri - Bakı Şəhər Halqası Əməliyyat Şirkəti də yer alıb.
Bakı Şəhər Halqası Bakutel sərgisində

Bakı. Trend:

2-5 dekabr tarixlərində Bakıda keçiriləcək Bakutel Beynəlxalq Telekommunikasiya və İnformasiya konfrans-sərgisinin 200-ə yaxın iştirakçısı arasında Formula 1 Avropa Qran Prisinin Azərbaycandakı promouteri - Bakı Şəhər Halqası Əməliyyat Şirkəti də yer alıb.

ITECA Caspian şirkətinin təşkilatçılığı ilə hər il yerli təmsilçilərdən əlavə Rusiya, Amerika, Türkiyə və digər xarici ölkələrin aparıcı şirkətlərinin qatıldığı sərgidə Bakı Şəhər Halqası da 3 gün ərzində özünəməxsus şəkildə təmsil olunacaq. Şirkətdən Trend-ə verilən məlumata görə, promouter şirkətin Formula 1 tərzində qurulmuş stendi ətrafında yarışın bilet satışı və ümumilikdə Qran Pri ilə bağlı son yenilikləri əks etdirən məlumatlandırıcı vəsaitlər ziyarətçilərə təqdim olunacaq.

Şirkətin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai qeyd edib ki, biz 3 gün ərzində hər bir sferada çalışan yerli və xarici motoidman azarkeş kütləsinə ünvanlanmağı hədəf seçmişik: "Konfrans-sərgi zamanı telekommunikasiya sənayesinin təmsilçiləri, istehlakçılar və ümumiyyətlə konfrans-sərginin ziyarətçiləri arasında Avropa Qran Prisini səbrsizliklə gözləyən qonaqlarla üzbəüz görüşmək və onları maraqlandıran bütün sualları əhatə etmək imkanımız olacaq".

Bakı Şəhər Halqası haqqında

İlkin təqvimə əsasən 2016-cı ilin iyun ayında Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouter şirkəti və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır. Yarışın keçirilmə tarixi yekun olaraq bu ilin dekabr ayında Beynəlxalq Avtomobil Federasiyasl (FIA) tərəfindən təsdiq olunacaq.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2km-lik dənizkənarı zolaq və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək. Artıq unikal idman məkanı və ən sürətli Formula 1 şəhər treki kimi xarakterizə olunan Bakı Şəhər Halqasının oturaq və ayaqüstü tribunalarda canlı tamaşaçı tutumu toplam 30 000-dən artıq olacaq. Yarışın bilet satışı 2015-ci ilin dekabr ayında başlayacaq.

Sorğu üçün [email protected] ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti