...

Nardaranda növbəti əməliyyat - avtomobildə partlayıcı qurğu aşkarlandı

Cəmiyyət Materials 28 Yanvar 2016 11:24 (UTC +04:00)
Nardaran qəsəbəsinə avtomobillə partlayıcı qurğular keçirməyə cəhd edən şəxs yaxalanıb.
Nardaranda növbəti əməliyyat - avtomobildə partlayıcı qurğu aşkarlandı

Bakı. Samir Əli - Trend:

Nardaran qəsəbəsinə avtomobillə partlayıcı qurğular keçirməyə cəhd edən şəxs yaxalanıb. Trend-in məlumatına görə, Nardaran qəsəbəsi sakini Elğün Hüseynovun "Vaz" markalı avromobilinə baxış keçirilərkən avtomobildən 6 ədəd kustar üsulla hazırlanan "molotov kokteyl" qurğusu aşkar edilib.

Hadisə Nardaran qəsəbəsi Ş.Tuti küçəsi, 71-də baş verib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçirib. Avtomobil sahibi E.Hüseynov Kürdaxanı qəsəbəsində saxlanılıb. Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb.

Sabunçu rayon Polis İdarəsi Trend-ə faktı təsdqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti