...

Yaponiyalı gimnast Bakıda Dünya Kubokunda turnikdə hərəkətlərdə qızıl qazanıb

Cəmiyyət Materials 21 Fevral 2016 18:40 (UTC +04:00)
Bu gün fevralın 21-də Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda turnikdə hərəkətlər üzrə yarışlar başa çatıb.
Yaponiyalı gimnast Bakıda Dünya Kubokunda turnikdə hərəkətlərdə qızıl qazanıb

Bakı. Trend:

Bu gün fevralın 21-də Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda turnikdə hərəkətlər üzrə yarışlar başa çatıb.

Bu yarışlarda yaponiyalı idmançı Tomomasa Xaseqava qalib gəlib.

Türkiyəli Əhməd Öndər ikinci, xorvatiyalı Tin Srbiç isə üçüncü olub.

Qeyd edək ki, gimnastların hər bir çıxışı iştirakçının milli musiqisinin fonu ilə müşayiət olunur ki, bu da çıxışlara xüsusi kolorit verir.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti