...

Mübariz Qurbanlı: Heç kim məscidi siyasət meydanına çevirə bilməz

Cəmiyyət Materials 27 Sentyabr 2016 11:32 (UTC +04:00)
Azərbaycanda bəzi şəxslər dindən istifadə edib aranı qarışdırmağa cəhd edirlər.
Mübariz Qurbanlı: Heç kim məscidi siyasət meydanına çevirə bilməz

Bakı. Samir Əli - Trend:

Azərbaycanda bəzi şəxslər dindən istifadə edib aranı qarışdırmağa cəhd edirlər.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, həmin şəxslər ölkədə mühüm kampaniyalar zamanı aktivləşməyə cəhd etsələr də, mümkün olmayıb: "Biz daim dövlətimiz və dövlətçiliyimiz üçün çalışmışıq və aranı qarışdırmaq istəyənlərə qarşı mübarizə aparırıq. Heç kim məscidi siyasət meydanına çevirə bilməz. Buna imkan verməyəcəyik. Məscidlər namaz qılmaq, Allaha ibadət etmək üçündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti