...

Baş prokuror Ukraynada azərbaycanlılara qarşı zorakılıqla bağlı aparılan işlərdən danışdı

Cəmiyyət Materials 1 Oktyabr 2016 10:59 (UTC +04:00)
Ukraynada qətlə yetirilən azərbaycanlı ilə bağlı Azərbaycan və Ukrayna Baş prokurorluqları arasında danışıqlar davam etdirilir.
Baş prokuror Ukraynada azərbaycanlılara qarşı zorakılıqla bağlı aparılan işlərdən danışdı

Bakı. Samir Əli - Trend:

Ukraynada qətlə yetirilən azərbaycanlı ilə bağlı Azərbaycan və Ukrayna Baş prokurorluqları arasında danışıqlar davam etdirilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.

O qeyd edib: "Bununla bağlı rəsmi yazışmalarımız olub, telefon danışıqları aparmışıq. Ukraynanın Baş prokuroru müraciətimizə ciddi yanaşıb. Ümumilikdə zərərçəkmiş azərbaycanlılarla bağlı qaldırılan cinayət işlərinin hər biri ciddi nəzarətə götürülüb. Bu yaxınlarda Ukraynadakı Azərbaycanlı İsmasının sədri və digərləri Ukraynanın Baş prokuroru tərəfindən qəbul ediləcək və bütün bu işlər üzrə lazımi tədbirlər görülür".

Ukraynada azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı ölkənin baş prokuroruna müraciət edilib

Ukraynada azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı ölkənin baş prokuroruna müraciət edilib

Qeyd edək ki, sentyabrın 16-da Azərbaycanın Baş prokuroru son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti