...

Dövlət Komitəsi dini radikalizmlə mübarizədə din xadimlərini fəal olmağa çağırır (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2016 16:03 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib.
Dövlət Komitəsi dini radikalizmlə mübarizədə din xadimlərini fəal olmağa çağırır (FOTO)

Bakı. Trend:

Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin və Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, rayon dindarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı R.Məmmədov mövzu barədə geniş məlumat verib, ölkəmizdə dini icmalara göstərdiyi qayğıya və dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə görə rayon ictimaiyyyəti adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Sonra çıxış edən DQİDK sədrinin birinci müavini S.Salahlı dini radikalizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.S.Salahlı qeyd edib ki, bəzi qruplar öz şəxsi mənafeləri naminə, hətta cəmiyyətin gələcəyini təhlükə altına salaraq insanları radikalizmə sürükləyən fəaliyyətə can atırlar. DQİDK sədrinin birinci müavini onu da vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən dövlətin digər müvafiq qurumları bu qruplara qarşı mübarizə aparmaqdadır. S.Salahlı dini radikalizmlə mübarizədə din xadimlərini və dini icmaları da fəal olmağa çağırıb.

Tədbirdə, həmçinin Ağdam rayonunun ziyalıları adından Hüseyn Bayramov, Ağdam rayon "Xındırıstan kənd məscidi" dini icmasının sədri və axundu Barat Bağırov və Ağdam rayon "Seyid Lazım Ağa" ziyarətgahının axundu Seyid Yusif Ağa çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti