...

Hərbi liseyin kursantları sağlam həyat tərzi ilə bağlı məlumatlandırılıb (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2016 18:59 (UTC +04:00)
Prezident yanında Bilik Fondunun və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə “Sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib.
Hərbi liseyin kursantları sağlam həyat tərzi ilə bağlı məlumatlandırılıb (FOTO)

Bakı. Trend:

Prezident yanında Bilik Fondunun və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə “Sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, tədbirdə Bilik Fondunun nümayəndəsi Vidadi Rzayev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Rüfət Rəhimov və Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi polkovnik Rüfət Əmirov çıxış ediblər.

Məruzəçilər sağlam həyat tərzi ilə bağlı maraqlı məlumatlar verib, zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlardan danışıblar. Narkomaniya və tütün istfadəçilərinin sağlamlıqlarına vurduqları zərər ilə əlaqədar göstərilən videoçarx maraqla izlənilib.
Tədbirdə liseyin zabitləri ilə yanaşı, 350 nəfər kursant da iştirak edib.

Bilik Fondu ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən, mütəmadi olaraq müxtəlif müəssisə və təşkilatlarda “Sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti