...

BANM bayraqlara büründü (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2016 11:21 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində “Bayraq günü” qeyd olunub.
BANM bayraqlara büründü (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) 9 noyabr - “Bayraq günü” münasibətilə BANM-in rektoru Elmar Qasımovun göstərişi ilə Ali Məktəbin bütün auditoriyalarında ilk dərs bu tarixi günə həsr olunub. Bu barədə Trend-ə BANM-in İctimaiyyətlə əlaqlər şöbəsindən məlumat verilib.

BANM-in binasının üzərində Azərbaycan bayraqları asılıb. Dərslərdə professor-müəllim heyəti tələbələrə Azərbaycan dövlətinin rəsmi dövlət atributlarından biri olan bayrağımıza hörmətlə yanaşmağı, hər zaman dövlətçiliyimizin qorunmasına çalışmağı, bayrağımızı həmişə şərəflə uca tutmağı tövsiyə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti