...

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni Baş direktor təyin olundu

Cəmiyyət Materials 18 Noyabr 2016 15:44 (UTC +04:00)
Rövşən Əliyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni Baş direktor təyin olundu

Bakı. Trend:

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni Baş direktor təyin olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ramin Quluzadənin müvafiq əmri ilə Rövşən Əliyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, R.Əliyev bu ilin fevral ayından İstehsalat Birliyində baş direktorun müavini vəzifəsinə təyin olunmuşdu və baş direktor vəzifəsini müvəqqəti icra edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti