...

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni saytı təqdim olunub

Cəmiyyət Materials 21 Noyabr 2016 16:29 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportunun saytı yenilənib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni saytı təqdim olunub

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportunun saytı yenilənib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saytda təkcə dizayn yenilənməyib, həm də interaktiv servislər əlavə olunub – reysin axtarışı, itirilmiş baqaj üzrə sorğu, həmçinin hava limanının ərazisində və onun terminallarında 360 fototur.

Bundan əlavə, sərnişinlərin rahatlığı üçün sərhəd və gömrük xidmətlərindən keçid qaydaları, transfer reyslərlə səyahət edənlər üçün məlumat, kafe və restoranlar, mövcud xidmətlər haqqında informasiya, eləcə də hava limanından paytaxt Bakıya hərəkət edən nəqliyyat vasitələri barədə məlumat burada toplanılıb.

Veb-saytın fəaliyyəti üzrə təkliflərinizi, eləcə də sual və iradlarınızı [email protected] ünvanına, həmçinin Facebook - www.facebook.com/BakuAirport , Instagram – www.instagram.com/BakuAirport və Twitter - www.twitter.com/BakuAirport
- sosial şəbəkələri vasitəsilə göndərə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti