...

Aksiz markası olmayan külli miqdarda spirtli içki aşkarlandı (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2016 15:25 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda müxtəlif markalı spirtli içkilər aşkar edib.
Aksiz markası olmayan külli miqdarda spirtli içki aşkarlandı (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda müxtəlif markalı spirtli içkilər aşkar edib.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə nəqliyyat vasitəsində Azərbaycanın aksiz markası ilə markalanmayan spirtli içkilərin olması barədə məlumat daxil olub.

Məlumata əsasən yaradılan əməliyyat qrupu tərəfindən nəqliyyat vasitəsi saxlanılaraq Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və burada avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən Azərbaycanın aksiz markası ilə markalanmayan 10 adda 406 ədəd müxtəlif markalı spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti