...

Əli Əhmədov: Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı ilkin nəticələr var

Cəmiyyət Materials 8 Fevral 2017 13:48 (UTC +04:00)
Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı ilkin nəticələr var.
Əli Əhmədov: Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı ilkin nəticələr var

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı ilkin nəticələr var. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, icbari tibbi sığorta ilə bağlı pilot layihələr fevralın 1-dən etibarən Mingəçevir və Yevlaxda həyata keçirilir:

“İlkin nəticələr var. Mənim dünən aldığım məlumata görə, istər Mingəçevirdə, istərsə də Yevlaxda artıq insanlar icbari tibbi sığorta sistemi ilə xəstəxanalara müraciət edərək tibbi xidmətlər alırlar. İnsanlarda məmnunluq hissləri var. İlkin nəticələr haqqında geniş fikir söyəmək çətindir, amma bizi məmnun edən nəticələr var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti