...

Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun ilk finalçıları məlum olub

Cəmiyyət Materials 18 Fevral 2017 14:24 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun ilk finalçıları məlum olub.
Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun ilk finalçıları məlum olub

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun ilk finalçıları məlum olub.

Qadınlar arasında tamblinq üzrə yarışlarda finala böyük britaniyalı Lüsi Kolbek və Yasmin Taite, Fransadan Lea Kallon və İsma Laanaya, cənubi afrikalı gimnast Byanka Zunikind, portuqaliyalı Rakel Pintu və Rusiya təmsilçisi Anna Korobeynikova çıxıb.

Təsnifat mərhələsində ən yaxşı nəticəni L.Kolbek göstərib. O, 68,000 xalla birinci yeri tutub. B.Zunikind 65,100 xalla ikinci, L.Kallon 64,700 xalla üçüncü yerdən finala vəsiqə qazanıb.

Tamblinqçi qadınların yarışında Azərbaycan təmsil olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti