...

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi (VİDEO)

Cəmiyyət Materials 13 Mart 2017 10:16 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib.
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi (VİDEO)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, bayram ilə əlaqədar keçirilən mərasimlərdə əhali təhlükəsizlik qaydalarını bilməlidir:

"Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti