...

XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru Cibutinin səhiyyə naziri ilə görüşüb

Cəmiyyət Materials 14 Aprel 2017 15:50 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Əşrəf Şıxəliyev Cibutinin səhiyyə naziri ilə görüşüb.
XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru Cibutinin səhiyyə naziri ilə görüşüb

Bakı. Trend:

Bu gün Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Əşrəf Şıxəliyev Cibutinin səhiyyə naziri Cama Elmi Okiehin ölkəmizə səfəri çərçivəsində onunla görüşüb.

XİN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Ə.Şıxəliyev AİDA-nın İslam İnkişaf Bankı ilə birgə Afrika ölkələrində həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası haqqında qonaqlara məlumat verib.

Tərəflər bu kampaniyanın Cibuti üçün əhəmiyyəti və Azərbaycanın töhfəsinin artırılmasına dair müzakirələr aparıblar. Bununla yanaşı, görüş çərçivəsində Cibuti xalqına səhiyyə sahəsində göstərilən xidmətlərin yüksəldilməsi məqsədilə Azərbaycan ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti