...

Allahşükür Paşazadədən axund və imamlara xəbərdarlıq

Cəmiyyət Materials 24 May 2017 12:09 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə axundları və imamları diqqətli olmağa çağırıb.
Allahşükür Paşazadədən axund və imamlara xəbərdarlıq

Bakı. Elçin Mehdiyev – Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə axundları və imamları diqqətli olmağa çağırıb.

Trend-in məlumatına görə, A.Paşazadə bildirib ki, bu gün Azərbaycanda sabitliyi korlamaq istəyən kənar qüvvələr var və onlar din amilindən də istifadə etməyə çalışırlar:

“Bu, çox böyük bir təhlükədir və bu təhlükədən özümüzü qorumalıyıq. Axundlar və imamlar öz başlarına bəyanat verməsinlər. Axund və imamlarımız diqqətlidirlər, lakin biz yenə də hər kəsə xatırladırıq”.

A.Paşazadə həmçinin, axund və imamlara digər ölkələrdə baş verən hadisələrə münasibət bildirməkdən çəkinməyi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti