FİFA müfəttişi Asim Xudiyev qarşıdakı mövsümdə Avropa Kuboku matçlarına sayca ikinci təyinat alıb. Trend in məlumatına görə, iyulun 26-da keçiriləcək Çempionlar Liqasının ikinci Ukraynanın "Dinamo" və İsveçrənin "Tyun" komandaları arasında keçirələck Kiyev şəhərinə yola düşüb.
Görüşün komissarı Norveçin nümayəndəsi təyin edilib. UEFA-nın hakimlər briqadasının adları bir az sonra məlum olacaq.
Ukrayna paytaxtında keçiriləcək qarşıdakı görüş A.Xudiyevin lap bu yaxınlarda UEFA-dan aldığı müfəttişlik karyerasında mərhələlərdən biri olacaq. Bu mövsümdə o, artıq İntertoto Kubokunda görüşdə öz işini yerinə yetirib və növbəti təyinat Avropanın Futbol İttifaqında FİFA-nın keçmiş hakiminin işindən razı qaldıqlarını sübut edir.