...

YUNİSEF VƏ AZƏRBAYCAN HÖKUMƏTİ "UŞAQLARA QARŞI ZORAKILIQ" MÖVZUSUNA DAİR DƏYİRMİ MASA KEÇİRƏCƏK

Cəmiyyət Materials 21 İyul 2005 17:28 (UTC +04:00)
YUNİSEF VƏ AZƏRBAYCAN HÖKUMƏTİ "UŞAQLARA QARŞI ZORAKILIQ" MÖVZUSUNA DAİR DƏYİRMİ MASA KEÇİRƏCƏK

Azərbaycanda uşaqlara qarşı zorakılıq məsələsi iyulun 27-də Azərbaycan hökuməti və YUNİSEF nümayəndəliyi tərəfindən Azərbaycanda təşkil olunacaq "dəyirmi masanın" əsas mövzusu olacaq. Bu barədə Trend ə YUNİSEF-in Bakı ofisindən bildiriblər.

Müzakirədə Təhsil, Səhiyyə, Gənclər, İdman və Turizm, Daxili İşlər Nazirliklərinin nümayəndələri iştirak edəcəklər. Müzakirələr iyulun əvvəlində Lyublyanada BMT-nin baş katibi Kofi Annanın "2006-cı ilə qədər uşaqlara qarşı zorakılığa son qoyulsun" mövzusuna dair tədqiqatları çərçivəsində aparılmış müzakirələrin davamıdır.

YUNİSEF-in məlumatına görə, təkcə Avropa regionunda hər gün 14 yaşa qədər 4 uşaq öldürülür və ya 1300-dən artıq uşaq hər il zorakılığa məruz qalır. Təşkilatın statistikasına görə, son zamanlar Şərqi Avropada qrup şəklində zorakılıq əmələ gəlib. Rusiyada 10-24 yaşarası uşaqlara edilən hücumların sayı 150%-i keçib. Azərbaycan, Latviya və Rusiyada isə atışmaların sayı iki dəfə artıb.

Xəbər lenti

Xəbər lenti