...

"AZAD CƏMİYYƏT" HÜQUQ MÜDAFİƏ TƏŞKİLATININ OFİSİ JURNALİSTLƏRƏ DƏ TƏMƏNNASIZ XİDMƏT GÖSTƏRƏCƏK

Cəmiyyət Materials 10 Avqust 2005 15:14 (UTC +04:00)

Avqustun 10-da "Azad Cəmiyyət" Hüquq Təşkilatının ofisinin açılışı oldu. Trend in məlumatına görə, təşkilat ötən ay AXCP (i) sədri Əli Kərimlinin müşaviri Ramiz Tağıyev tərəfindən təsis edilib. Bu gündən etibarən isə təşkilatın ofisi bir neçə il əvvəl fəaliyyətini dayandırmış "İdeal" press-klubun keçmiş ünvanında yerləşəcək.

Tədbirdə Ramiz Tağıyev jurnalistlərin nəzərinə çatdırdı ki, təşkilat hüququ pozulmuş vətəndaşların hüquqları uğrunda mübarizə aparmaqla yanaşı kütləvi informasiya vasitələrində çalışanlara da dəstək olacaq. "İstənilən jurnalist bizim ofisdən mətbuat konfransı və ya hər hansı tədbir keçirmək üçün təmənnasız istifadə edə bilər" - deyə Ramiz Tağıyev bildirdi.

Xəbər lenti

Xəbər lenti