...

APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMİ QANUNSUZ QƏRAR ÇIXARMAMAQ ÜÇÜN ÖZ HAKİMLİYİNƏ ETİRAZ EDİB

Cəmiyyət Materials 17 Avqust 2005 19:27 (UTC +04:00)

Avqustun 17-də Apellyasiya Məhkəməsinin Cinayət və İnzibati hüquqpozmalara dair işlər üzrə məhkəmədə vəkil Lətifə Əliyeva ilə bağlı məhkəmə prosesi hakimin özünə etiraz etməsi səbəbindən proses baş tutmayıb.

Bu barədə Trend ə məlumat verən L.Əliyevanın bildirdiyinə görə, prosesdən qabaq hakim Həmid Həmidov çoxdanın tanışı olduqlarına və bir-birlərinə dərin hörmət bəslədiklərinə görə, ona qarşı qanunsuz qərar çıxarmaq istəmədiyini deyib.

Hakimin sözlərinə görə, Vəkilllər Kollegiyasının sədri ölkə prezidentinin addından istifadə edir və ona görə çıxılmaz vəziyyətdə qalıblar. Vəkil L.Əliyeva isə cavabında bildirib ki, hakimə etiraz etmək fikri yoxdur və şikayətə baxıb qərar çıxarsınlar. Hakim bundan sonra özü-özünə etiraz edəcəyini bildirib və prosesi təxirə salıb.

Qeyd edək ki, ayrı-ayrı məhkəmələrdə L.Əliyeva ilə bağlı 3 iş var. L.Əliyeva 12 saylı məsləhətxananın müdiri seçildikdən sonra Vəkillər Kollegiyasının Rəyasət Heyəti onun Kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb.

Xəbər lenti

Xəbər lenti