...

"BRITISH COUNCIL" "DƏYİŞİKLİKLƏR NAMİNƏ TEATR" LAYİHƏSİNİN HƏYATA KEÇİRİLMƏSİNİN BAŞLANMASI BARƏDƏ ELAN EDİB

Cəmiyyət Materials 3 Oktyabr 2005 13:41 (UTC +04:00)

"British Council" beynəlxalq təşkilatı əsas məqsədin demokratiya və seçki prosesi haqqında ictimai fikrin formalaşmasından ibarət olduğu "Dəyişikliklər naminə teatr" layihəsinin reallaşmasının başlandığını elan edib. Trend in xəbər verdiyi kimi, layihə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin bilavasitə dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində teatr tamaşaları hazırlanacaq. "İmtahan" tamaşası Bakı, Sumqayıt, Mingəçevir, Gəncə və Lənkəranda nümayiş etdiriləcək.

Tamaşa Britaniyanın Somerset şəhərində fəaliyyət göstərən "GOC" teatrının rəhbəri Karin Çapmen tərəfindən hazırlanıb.

"Tamaşanın qəhrəmanları müxtəlif seçimlər qarşısında qalacaqlar, bu isə tamaşaçılara rola girərək cəmiyyətdə sosial dəyişikliklər üzərində düşünməyə imkan verəcək", - deyə səfirlikdə bildirilib.

Qeyd edək ki, layihənin təqdimatı oktyabrın 6-da Beynəlxalq mətbuat mərkəzində olacaq.

Xəbər lenti

Xəbər lenti