...

GİMNAST ANNA QURBANOVA İP VƏ TOPLA OYUNLARIN FİNALINA ÇIXIB

Cəmiyyət Materials 4 Oktyabr 2005 18:52 (UTC +04:00)

Azərbaycan gimnastı Anna Qurbanova Bakıda keçirilən dünya çempionatında ip və topla oyunlar üzrə səkkiz idmançının nail olduğu finala çıxıb.

Trend in məlumatına əsasən, öz çıxışları zamanı idmançı münsiflərdən lazımi xalları alıb və iki proqramda medallar uğrunda mübarizəni davam etdirir. Annadan fərqli olaraq Dinarə Gimatova öz məqsədinə çata bilməyib və finaldan kənarda qalıb.

A.Qurbanova ilə birgə ən yaxşıların sırasına olimpiya mükafatçısı İrina Çaşina, onun komandada rəfiqəsi Olqa Kapranova, ukraynalı Natalya Qodunko, Anna Bessonova və digər idmançılar çıxıb.

Diqqətəlayiqdir ki, A.Qurbanova ilk dəfə olaraq dünya çempionatında çıxış edir və yüksək yerlər uğrunda mübarizə apara bilər.

Xəbər lenti

Xəbər lenti