...

ÜTT Bakıda İKT turizm nazirlərinin növbəti iclasının keçirilməsinə texniki dəstək göstərə bilər

Cəmiyyət Materials 1 Dekabr 2005 13:12 (UTC +04:00)

Ümumdünya Turizm təşkilatı (ÜTT) İslam Konfransı Təşkilatının (İKT) üzvü ölkələrin turizm nazirlərinin növbəti iclasının Azərbaycanda keçirilməsinə texniki dəstək verə bilər. Bu barədə Trend ə AR gənclər, idman və turizm nazirliyi mətbuat xidmətinin rəhbəri Raqif Abbasov bildirib.

Onun sözlərinə görə, AR gənclər, idman və turizm naziri Əbülfəz Qarayev ÜTT-nin noyabrın 29-dan dekabrın 2-dək Sineqalın paytaxtı Dakarda keçiriləcək 16-cı sessiyasında iştirakı çərçivəsində bu məsələni ÜTT rəhbərliyi ilə müzakirə etmək niyyətindədir.

Sessiyanın gündəliyinə 4 il müddətinə təşkilatın yeni baş katibinin seçilməsi, struktura yeni üzvlərin qəbul edilməsi və digər məsələlər daxildir.R.Abbasov bildirib ki, baş katib postuna hazırkı baş katib Françesko Franjallinin namizədliyi irəli sürülübvə Azərbaycan tərəfi də bu namizədliyi dəstəkləyir. Onun sözlərinə görə, sessiya həmçinin 3 yeni ölkənin üzvlüyü məsələsinə baxacaq.

Sessiya çərçivəsində Azərbaycanın nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.Sessiya dekabrın 2-də öz işini başa çatdıracaq.

Xəbər lenti

Xəbər lenti