...

AŞPA-nın monitorinq missiyası hüquq müdafiəçiləri ilə görüşüb

Cəmiyyət Materials 2 Dekabr 2005 17:06 (UTC +04:00)

Dekabrın 2-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq missiyasının üzvləri Andreas Qross, Anreas Herkel, Leo Platvoet və Pavel Şevçenko "Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurasının üzvləri ilə görüşüblər. Bu barədə Trend ə Məşvərət Şurasından məlumat verilib.

Şuranın üzvləri Arzu Abdullaeyva, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Yaşar Cəfərli və Çingiz Dadaşov Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı AŞPA nümayəndələrinə ətraflı məlumat veriblər.

Bundan əlavə, Şura üzvləri qonaqların nəzərinə çatdırıblar ki, nəticələri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ləğv olunmuş dairələrdən 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən Sərdar Cəlaloğlu, 38 saylı Nizami (Gəncə) ikinci dairəsində Rövşən Vəliyev, 42 saylı Sumqayıt ikinci dairəsində Flora Kərimova, 110 saylı Zaqatala Seçki Dairəsində Arif Hacılı qalib gəlib və onların hüquqları bərpa olunmalıdır.

Avropa Şurasının rəsmiləri isə öz növbələrində bildirib ki, Məşvərət Şurasının topladığı sənədlər əsasında baş vermiş pozuntuları beynəlxalq hüquqa əsasən araşdırılacaq. Həmçinin bildirilib ki, hüquqları pozulmuş deputatlığa namizədlər Avropa Şurası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti