Dekabrın 14-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yaradılmasının 60 illiyinə həsr olunmuş təntənəli tədbir keçirəcək. Bu barədə Trend ə AMEA-da bildirilib.
Tədbirdə yüksək vəzifəli hökumət nümayəndələrinin, eləcə də müxtəlif ölkələrin, xüsusilə Rusiya, Ukrayna, ABŞ, Türkiyə və digər ölkələrdən olan alimlərin, beynəlxalq şirkət nümayəndələrinin iştirakı gözlənilir.
AMEA Azərbaycanın 1945-ci ildə yaradılmış əsas elmi müəssisəsidir. Onun tərkibinə 5 sektor - fizika-riyaziyat və texniki elmlər, torpaq, humanitar və ictimai elmlər, biologiya elmləri, kimya elmləri daxildir.