...

"İnter" texniki heyətini gücləndirir

İdman Materials 27 Fevral 2015 15:32 (UTC +04:00)
“İnter” futbol klubu texniki heyətini əlavə köməkçi məşqçi ilə gücləndirir.
"İnter" texniki heyətini gücləndirir

Azərbaycan, Bakı, 27 fevral /Trend/

"İnter" futbol klubu texniki heyətini əlavə köməkçi məşqçi ilə gücləndirir.

Trend klubun saytına istinadən məlumat verir ki, komandanın baş məşqçisi Kaxaber Sxadadze mövsümün sonunadək Bakının "İnter" komandasını və Gürcüstan millisini çalışdıracaq. Buna görə də texniki heyət Marino Pusicin simasında əlavə köməkçi məşqçi ilə gücləndiriləcək.

M.Pusic 1971-ci il avqustun 18-də Bosniya və Herseqovinanın Mostar şəhərində anadan olub. O, professional futbolçu kimi "Red Star" (Belqrad), "Velez" (Mostar, Bosniya və Herseqovina), "FC Köln" (Almaniya), "De Graafschap" (Hollandiya), "Go Ahead Eagles" (Hollandiya) kimi klublarda və iki oyun Bosniya və Herseqovina yığmasında çıxış edib. M.Pusic 2009-2013-cü illərdə "Vitesse Arnhem" (Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə UEFA Pro lisenziyasını alıb. 2013-cü il iyulun 1-dən 2014-cü ilin oktaybr ayınadək "NAC Breda" (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.

"İnter" komandasının idman direktoru Roland Vroomans M.Pusic haqqında deyib: "Biz onu mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da biz diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldirik. Eyni zamanda, komandanın yeni texniki heyətini gələcək bir neçə il ərzində formalaşdıra bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti