...

Azərbaycan gimnastı batutda tullanma üzrə fərdi yarışlarda birinci oldu (FOTO)

İdman Materials 6 Mart 2015 20:46 (UTC +04:00)
Azərbaycan gimnastı Oleq Piunov Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında batutda tullanma üzrə fərdi yarışmalarda qızıl medal qazanıb.
Azərbaycan gimnastı batutda tullanma üzrə fərdi yarışlarda birinci oldu (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan gimnastı Oleq Piunov Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında batutda tullanma üzrə fərdi yarışlarda qızıl medal qazanıb.

Trend-in məlumatına görə, O.Piunov finalda 54.640 bal toplayıb ki, bu da onun qalib olması üçün kifayət edib. İkinci yeri Türkiyə təmsilçisi Gorkan Mutlu (54.360 bal), üçüncü yeri isə portuqaliyalı Pedro Ribeyro Ferreyra (53.765 bal) tutub.

Qarışıq cütlüklərin yarışmasında isə Azərbaycanın aerobika cütlüyü Yekaterina Kotlyarova - Timur Ələkbərov bürünc medal qazanıb. Qızıl İspaniyadan olan cütlüyə, gümüş medal isə Rumıniya təmsilçilərinə qismət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti