Bakı. Elmira Tariverdiyeva - Trend:
"Formula 1" təşkilatçılarının yarışları Bakıya həvalə etməsi ondan xəbər verir ki, Azərbaycan paytaxtı bütün zəruri tələblərə cavab verib.
Trend-in "Moskva-Bakı" portalına istinadən verdiyi məlumata görə, bunu "Formula-1" çempionatında çıxış etmiş ilk rusiyalı pilot Vitali Petrov deyib.
Bakıda Fernando Alonso və digər pilotların olacağını deyən V.Petrovun sözlərinə görə, Bakıdakı Qran-pri barədə eşitdikləri onu deməyə əsas verir ki, hamı yaxşı mənada təəccüblənəcək:
"Pilotların yeni tikilmiş traslar, heç vaxt keçirilməyən yerlərdə yarışmaq xoşlarına gəlir".