...

Bakıda Azərbaycan və Rusiya Voleybol Federasiyaları rəhbərlərinin görüşü keçirilib (FOTO)

İdman Materials 10 Aprel 2017 16:56 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Voleybol Federasiyasının prezidenti Stanislav Vladimiroviç Şevçenkonun başçılıq etdiyi numayəndə heyəti ilə görüş keçirilib.
Bakıda Azərbaycan və Rusiya Voleybol Federasiyaları rəhbərlərinin görüşü keçirilib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Voleybol Federasiyasının prezidenti Stanislav Vladimiroviç Şevçenkonun başçılıq etdiyi numayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov ölkəmizdə idmana göstərilən qayğıdan, idmançılarımızın, o cümlədən voleybolçularımızın ölkədaxili və beynəlxalq yarışlardakı fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb.

Rusiya və Azərvaycan voleybol məktəblərinin tarixi köklərindən söz açan C.Qurbanov bildirib ki, bu görüş Azərbaycan Voleybol Federasiyasının Prezidenti kimi ilk görüşüdür.

Rusiya Voleybol Federasiyasının prezidenti S.Şevçenko çıxış edərək bildirib ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində də Azərbaycanla ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti