...

Azərbaycan gimnastlarından İslamiadada daha bir medal

İdman Materials 15 May 2017 13:22 (UTC +04:00)
Timur Bayramov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında paralel qollarda hərəkətlər üzrə üçüncü olub.
Azərbaycan gimnastlarından İslamiadada daha bir medal

Bakı. Trend:

Azərbaycan gimnastı Timur Bayramov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında paralel qollarda hərəkətlər üzrə üçüncü olub.

Trend-in məlumatına görə, T.Bayramovun yekun nəticəsi 13.100 bal olub.

Türkiyə idmançısı Fərhad Arican 14.900 bal yığaraq qızıl medala sahib olub.

Gümüş medal isə əlcəzairli Hilal Meticiyə nəsib olub - 13.500 bal.

Digər təmsilçimiz Bense Talas 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti