...

Daha bir zorxanaçımız İslamiadada medal qazandı

İdman Materials 21 May 2017 21:36 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir zorxanaçımız medal qazanıb.
Daha bir zorxanaçımız İslamiadada medal qazandı

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir zorxanaçımız medal qazanıb.

Trend-in məlumatına görə, idmançımız Xəyyam Orucov milsəngin növündə 1003 xalla üçüncü olub.

İranlı Mustafa Mofid qızıl (2501 xal), iraqlı Ridha Alqbri isə gümüş medal (1397) əldə edib. Digər bürünc medala isə Tacikistan təmsilçisi Navruz Arabov layiq görülüb.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti