...

Azərbaycan İslam Həmrəyliyi Oyunlarında bilet satışından nə qədər gəlir əldə etdi?

İdman Materials 23 May 2017 16:31 (UTC +04:00)
Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında 59 ölkədən 360 min bilet alınıb.
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında bilet satışından nə qədər gəlir əldə etdi?

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında 59 ölkədən 360 min bilet alınıb.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bilet satışından 3 milyon manata yaxın gəlir əldə olunduğunu bildirib:

"Ancaq bu rəqəmlər hələ dəqiqləşdirilir. Bu işlər tam yekunlaşdıqdan sonra dəqiq rəqəmlər açıqlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti