...

ITOCHU SOCAR-la əməkdaşlığı genişləndirmək niyyətindədir

İqtisadiyyat Materials 8 Dekabr 2016 18:02 (UTC +04:00)
SOCAR prezidenti ITOCHU korporasiyasının nümayəndə heyətini qəbul edib.
ITOCHU SOCAR-la əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı. Trend:

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev ITOCHU korporasiyasının idarə heyətinin üzvü və baş idarəedici direktoru Masahiro İmainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələrinin uğurlarında digər tərəfdaşlarla yanaşı ITOCHU korporasiyasının da rolunu qeyd edib. O, ITOCHU-nun Azərbaycanın regional əhəmiyyət kəsb edən genişmiqyaslı neft-qaz layihələrində iştirak edən ilk beynəlxalq şirkətlərdən olduğunu diqqətə çatdırıb.

ITOCHU nümayəndə heyətinin başçısı M.İmai SOCAR və ITOCHU arasında əməkdaşlığın 20 ildən artıq bir müddəti əhatə etdiyini, həm neft, həm də qeyri-neft sektorunun müxtəlif layihələrində, o cümlədən Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq miqyaslı layihələrdə tərəfdaş olduqlarını xatırladıb. O, həmin layihələr üzrə işlərin gedişindən məmnun olduğunu söyləmiş, təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılığını vurğulayan SOCAR prezidenti birgə layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində ITOCHU şirkətinin və bu layihənin maliyyələşdirilməsində Yaponiya banklarının fəal rol oynadığından söhbət açıb, yapon şirkətləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli perspektiv imkanların mövcud olduğunu söyləyib.

M.İmai Azərbaycanda onların fəaliyyəti üçün yaradılan şəraitdən razılığını bildirib.

Görüşdə tərəfləri maralandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti