...

Nazir: Elmi-Tədqiqat müəssisələrində kadr hazırlığı əsas hədəflərdən biridir

İqtisadiyyat Materials 19 Yanvar 2017 13:49 (UTC +04:00)
Yanvarın 19-da Kənd Təsərrüfatı naziri Heydər Əsədov İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir: Elmi-Tədqiqat müəssisələrində kadr hazırlığı əsas hədəflərdən biridir

Bakı. Trend:

Yanvarın 19-da Kənd Təsərrüfatı naziri Heydər Əsədov İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşün məqsədi İslam İnkişaf Bankı ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı müzakirələrin aparılması olub.

H.Əsədov qonaqlara ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə görülmüş işlər, o cümlədən ən müasir kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi, Aqrar Universitetin yenidən qurulması və orada təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, laboratoriyaların yeni texnoloji avadanlıqlarla təmin olunması barədə məlumat verib.

Nazir İslam İnkişaf Bankının Azərbaycan ilə uzunmüddətli əməkdaşlığını vurğulayaraq, müstəqilliyimizin ilk illərindən ölkəmizin İslam İnkişaf Bankının üzvü olduğunu və bu bankın həyata keçirdiyi layihələrin Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsində müstəsna rolu olduğunu bildirib. H.Əsədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan əsas hədəflər barədə məlumat verərək kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələrdə təkrarlanmanın aradan qaldırılması və “Kənd Yerlərininin Kompleks İnkişafı Layihəsi”ndə prioritet sahələrə yönəldilmiş komponentlərdə əlavə və dəyişikliklərin edilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Xüsusilə də layihə üzrə əldə edilmiş qənaət hesabına “Suvarma Sistemlərinin Təmir-bərpası İşləri” subkomponenti çərçivəsində su itkisinin azaldılması, su kanallarının uzun ömürlülüyünün təmin edilməsi məqsədilə mövcud torpaq işlərinin beton işləri ilə əvəz olunması, Yevlax rayonunda əlavə 4000 hektar əkin sahəsinin etibarlı su təminatının mövcud layihə çərçivəsində həyata keçirilməsi məsələsinə baxılması, layihə ərazilərində Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində toxumçuluğun inkişafı və bu sahənin yenidən qurulması, aqrar təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, Elmi-Tədqiqat müəssisələrində kadr hazırlığının əsas hədəflərdən biri olduğunu, Aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi və investisiya layihələrinin elmi əsaslarla hazırlanmasının məqsədəuyğun olduğunu qeyd edib.

S.Ağa səmimi qəbula və İslam İnkişaf Bankı ilə yaxından əməkdaşlıq etdiyinə görə Azərbaycan Hökumətinə öz minnətdarlığını bildirib. Qonaq bankın fəaliyyətinin çoxşaxəli olduğunu və tərəfdaş ölkələrdə prioritet hesab olunan sahələrin inkişafına dəstək verməyi əsas hədəflərindən olduğunu nəzərə çatdırıb və Kənd Yerlərini Kompleks İnkişafı Layihəsi çərçivəsində təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyərək, ehtiyacların və yeni istiqamətlərin yerli mütəxəssislərin iştirakı ilə müəyyənləşməsi məqsədilə Bank tərəfindən texniki missiyanın göndərilməsini məqsədəuyğun olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti