...

Yanvar-mart aylarında 3 su anbarı tikilib

İqtisadiyyat Materials 27 Aprel 2017 14:27 (UTC +04:00)
2017-ci ilin yanvar-mart aylarında istehlakçılara 38,4 km içməli su, 71 km kanalizasiya xətləri çəkilib.
Yanvar-mart aylarında 3 su anbarı tikilib

Bakı. Trend:

2017-ci ilin yanvar-mart aylarında istehlakçılara 38,4 km içməli su, 71 km kanalizasiya xətləri çəkilib.

Trend-in məlumatına görə, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində keçirilən 2017-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirilib.

Qeyd olunub ki, bu müddət ərzində 3 su anbarı tikilib, 6 ədəd subartezian quyusu qazılıb.

Görülmüş işlər nəticəsində 70 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 69 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib.

Fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 65,9 faiz, Bakı şəhəri üzrə isə 80,8 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti