...

“Türk Hava Yolları”nda baqajın daşınması qaydaları dəyişdi

İqtisadiyyat Materials 22 May 2017 17:04 (UTC +04:00)
Türkiyənin “Türk Hava Yolları” (THY) aviaşirkəti baqajın daşınması ilə bağlı qaydalarda dəyişiklik edib
“Türk Hava Yolları”nda baqajın daşınması qaydaları dəyişdi

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin “Türk Hava Yolları” (THY) aviaşirkəti baqajın daşınması ilə bağlı qaydalarda dəyişiklik edib.

Bu barədə Trend-ə şirkətin Bakı ofisindən məlumat verilib.

Yeni qaydalara görə, THY sərnişinləri yalnız 23 kiloqramadək bir yükü baqaja təhvil verə bilər.

Yeni qaydalar iyulun 1-dən qüvvəyə minəcək.

Hazırda sərnişinlər ümumi çəkisi 25 kiloqramadək iki yük baqaja təhvil verə bilər.

Xəbər lenti

Xəbər lenti