...

Expressbank-ın SmileCard-ı ilə istənilən zaman nağdlaşma mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2015 11:11 (UTC +04:00)
Expressbank-ın SmileCard-ı ilə istənilən zaman nağdlaşma mümkündür
Expressbank-ın SmileCard-ı ilə istənilən zaman nağdlaşma mümkündür

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Expressbank-ın SmileCard-ı ilə istənilən zaman nağdılaşma mümkündür.

Bankdan Trend-ə verilən məlumata görə, Expressbank-ın SmileCard taksit kartı ilə istənilən zaman nağdlaşma mümkündür. Bu kart dünyanın istənilən yerində keçərlidir. Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı Expressbank filiallarında dərhal əldə edə bilərlər. SmileCard-ı həmçinin onlayn sifariş etmək mümkündür - http://www.expressbank.az/AzOrderSmilecard.html .

"Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" sloqanı ilə bazara təqdim edilən kredit kartı, müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği isə 3000 AZN təşkil edir.

Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%-dir.

Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti