...

Mərkəzi Bank iki bankın lisenziyasının geri çağrılmasına görə öz maraqlarını qoruyacaq (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2016 12:36 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın lisenziyalarının geri çağrılması ilə əlaqədar öz maraqlarını məhkəmə qaydasında qorumaq niyyətindədir.
Mərkəzi Bank iki bankın lisenziyasının geri çağrılmasına görə öz maraqlarını qoruyacaq  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub. İlk xəbər 12.36-da yayımlanıb.

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Mərkəzi Bankı "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın lisenziyalarının geri çağrılması ilə əlaqədar öz maraqlarını məhkəmə qaydasında qorumaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

O bildirib: "Məhkəmə prosesi gedir. Təbii ki, məhkəmədə qəbul edilən qərarı və maraqlarımızı qoriyacağıq".

E.Rüstəmov bankların konsolidasiyası mövzusuna toxunaraq vurğulayıb ki, bu proses hələ başa çatmayıb: "Yeni səhmdarlar yığıncaq keçirəndə o başa çatacaq. Hələ ki, 3 bank konsolidasiya prosesindədir, onlar artıq niyyət protokolu imzalayıblar. Lakin gələcək proses vaxt tələb edir. Əvvəlcə onlar aktivlərin qarşılıqlı qiymətləndirmələrini aparmalıdırlar və s.".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti