...

Veysəloğlu Şirkətlər Qrupuna "Caspian European Club"un üzvlük sertifikatı təqdim olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2016 14:52 (UTC +04:00)
Bakıda Vergilər Nazirliyi və “Caspian European Club”un (Caspian Business Club) təşkilatçılığı ilə baş tutan biznes-forumda Veysəloğlu Şirkətlər Qrupuna üzvlük sertifikatı təqdim olunub.
Veysəloğlu Şirkətlər Qrupuna "Caspian European Club"un üzvlük sertifikatı təqdim olunub (FOTO)

Bakı. Trend:

Bakıda Vergilər Nazirliyi və “Caspian European Club”un (Caspian Business Club) təşkilatçılığı ilə baş tutan biznes-forumda Veysəloğlu Şirkətlər Qrupuna üzvlük sertifikatı təqdim olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, Vergilər nazirliyinin rəsmilərinin iştirak etdiyi biznes-forumda Azərbaycanda vergi qanunvericiliyinin əsas aspektləri və bu sahədə gələcəkdə aparılması planlaşdırılan islahatlar müzakirə edilib.

Tədbirdə “Caspian European Club”la dövlət qurumları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu, sahibkarlığın qarşısında duran problemlərin həlli istiqamətində bu dövlət qurumları arasında faydalı dialoqa əsaslanan tərəfdaşlıq münasibətlərinin qurulduğunu diqqətə çatdırılıb.

Son vaxtlar vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyində edilmiş dəyişikliklər barədə forum iştirakçılarına məlumatlar verilərək bildirilib ki, Vergilər Nazirliyi ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməl etməsi səviyyəsinin daha da yüksəldilməsi, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən “Caspian European Club”la sıx əməkdaşlığı bundan sonra da davam etdirməyə hazırdır.

Forumda iş adamlarının qarşılaşdıqları problemlər, onların həlli yolları, həmçinin “Caspian European Club”a daxil olan şirkətləri maraqlandıran məsələlər müzakirə edilib, forum iştirakçılarının təklifləri dinlənilib, Vergilər Nazirliyinin nümayəndələri forum iştirakçılarının suallarını cavablandırıblar.

Biznes-forumun sonunda “Caspian European Club”un Ekspert şurası Vergilər Nazirliyi ilə birgə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayaraq, həmin təkliflər Azərbaycan Prezidenti Administrasiyası, Nazirlər Kabineti və Milli Məclisə təqdim ediləcək.

Xatırladaq ki, sədri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları olan “Caspian European Club” (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.

Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti