...

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL TƏMİNATI NAZİRLİYİ CƏLİLABADDA ƏLİLLƏR VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN BİNA TİKƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2005 13:13 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid və əlil olmuş şəxslərin ailələrinə 2 mərtəbəli yaşayış binası tikiləcək. Nazirlikdə Trend ə verilən məlumata görə, 16 mənzildən ibarət olacaq bu bina Cəlilabadda tikiləcək.

Bununla əlaqədar olaraq Nazirlik tender elan edib. Tikinti işləri 5 ay ərzində başa çatmalıdır. Bunda maraqlı olan şirkətlər sentyabrın 5-nə kimi öz tender təkliflərini təqdim etməlidir. Tender proseduru sentyabrın 6-da Nazirlikdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti