...

DÜNYA BANKI ELAD-IN AZƏRBAYCANIN KƏND İNVESTİSİYALARI LAYİHƏSİNİN İLK PROVAYDER XİDMƏTİ OLMASINI BƏYƏNİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2005 16:29 (UTC +04:00)

Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan kənd investisiyaları layihəsi (AzRIP) ölkənin kənd icmalarına mikrolayihələr üçün qrantların ayrılmasına cəlb edə biləcək təşkilatın seçimi prosesini demək olar ki, başa vurub.

AzRIP-in direktoru Sübhan Əhmədovun Trend ə verdiyi məlumata görə, Dünya Bankı artıq Muğan-Salyan zonasında layihənin reallaşdırılması üçün provayder-servis xidmətinin göstərliməsi üzrə müqavilənin imzalanması ilə bağlı heç bir narazılığının olmadığını bəyan edib.

"Bu AzRIP-i reallaşdıran qrupa yerli qeyri hökumət təşkilatı Elad-la müqavilə imzalamağa imkan verir. Gözlənildiyi kimi, müqavilə bir neçə gün ərzində imzalanacaq. Reallaşdırma qrupu həmçinin Dünya Bankına analoji xidmətlərin Azərbaycanın Şirvan və Naxçıvan zonalarında da göstərilməsinə namizədləri təqdim edib ", - deyə S.Əhmədov bildirib. Elad-la müqavilənin dəyəri 400 min dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti