...

QUŞ QRİPİNİN AZƏRBAYCANA KEÇMƏSİNİN QARŞISININ ALINMASI ÜZRƏ TƏDBİRLƏR GÜCLƏNDİRİLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2005 17:16 (UTC +04:00)

Səhiyyə nazirliyi quş qripinin respublika ərazisinə keçməsinini qarşısının alınması üzrə fəal tədbirlər həyata keçirir.Səhiyyə nazirinin müavini Elsevər Ağayev Trend ə bildirib ki, hazırda sanitar və karantin xidməti zəruri tədbirlərin həyata keçirilməsi üzərində işləyir.

"Belə ki, quş qripi problemi ilə kənd təsərrüfatı nazirliyi və Dövlət baytarlıq xidməti ciddi məşğul olur. Hazırda onlar quş qripinin respublika ərazisinə keçməsinin qarşısının alınmasına yönəldilmiş tədbirləri gücləndirir.Xüsusilə quş idxalı və müvafiq məhsullara məhdudiyyət tətbiq edilib" -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti