...

Azərbaycan Milli Bankının aktivlərdən əldə etdiyi gəlir 4%-dir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 12:11 (UTC +04:00)

"Azərbaycan Milli Bankının valyuta aktivlərinin yüksək reytinqli banklarda yerləşdirlməsindən əldə etdiyi gəlir 4%-dir". AMB-dən Trend ə verilən məlumata görə, vəsaitlərin yerləşdirilməsi zaman bank yüksək gəlirliliyi deyil, təhlükəsizlik prinsipini əsas tutur.

Azərbaycanın ümumi valyuta ehtiyatları (AMB+Dövlət Neft Fondu) $2 miyarddan çoxdur. Bankın valyuta ehtiyatları $1 025,81 mln təşkil edir. Bu göstərici cari ilin 9 ayı ərzində 16,99% artıb. İlin əvvəlinə olan vəziyyətə görə, həmin göstərici $876,86 milyona bərabər olub.

Cari ilin üç rübü ərzində Beynəlxalq Valyuta Fonduna olan borcların ödənilməsinə $42,04 mln sərf olunub. Bu xərclər nəzərə alınmadan ölkənin valyuta ehtiyatları $191 mln arta bilərdi.

Xəbər lenti

Xəbər lenti