...

DB Azərbaycan hökuməti ilə yol layihəsinin müzakirəsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 17:00 (UTC +04:00)

Dünya bankının (DB) nəqliyyat missiyası bu gün AR nəqliyyat nazirliyiində Ələt-Astara (Bakıdan İran ilə sərhədədək) avtomobil yolunun yenidən qurulması layihəsi üzrə müzakirələrə başlayıb. Bu barədə Trend ə DB-nin Bakı nümayəndəliyində bildirilib.Missiyanın rəhbəri, avtomobil yollarının inkişafı layihəsinin kuratoru Olivye Le Ber (Olivier Le Berr) noyabrın 30-da Bakıya gələcək.

DB bu danışıqları ilin sonunadək qaydaya salmağı planlaşdırır.Bundan başqa, hökumət tez bir vaxtda layihə üzrə müzakirələri başa çatdırmağı planlaşdırır, belə ki, fiziki işlərə 2006-cı ilin birinci rübünün sonunda başlanılması nəzərdə tutulur.

Azərbaycan hökuməti həmin yol layihəsinin gerçəkləşdirilməsinə $390 mln.-dək kredit ehtiyatları cəlb etməyi planlaşdırır. Bu layihə bir neçə mənbə hesabına maliyyələşdiriləcək. Azərbaycan tərəfinə kredit vəsaitlərinin ümumi həcmindən təxminən $230-240 mln. DB verməyi planlaşdırır, $110-120 mln. - AİB və daha $40 mln. güzəştli kredit olaraq İran hökuməti ayırmağa hazırdır. Azərbaycan hökuməti DB ilə kredit sazişini yaxın vaxtlarda imzalamağı planlaşdırır.

DB-nin bu layihəyə krediti bankın Azərbaycan ilə yeni tərəfdaşlıq strategiyasına daxildir və Beynəlxalq yenidənqurma və inkişaf bankının (BYİB) (DB-nin struktur bölməsi) vəsaitləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulub.Kredit müvafiq olaraq aşağıdakı şərtlərlə cəlb ediləcək: 20 il müddətinə beş illik güzəşt və LIBOR +0,25% dərəcə ilə. Öz növbəsində AİB 25 il müddətinə 5 il güzəşt və LIBOR +0,34% dərəcə ilə kredit təklif edir.

Layihənin TİƏ-ni İranın Basilo şirkəti hazırlayıb. Görülən işlər nəticəsində magistralın uzunluğu 45 km azalaraq 268 km-ə çatıb. Hazırda Basilo şirkətinin ekspertləri avtomobil yolunun iş (mühəndis) layihəsinin hazırlığını davam etdirir.

Xəbər lenti

Xəbər lenti