...

MDB statistika komitəsi: Yanvar-oktyabrda ÜDM artımı daha çox Azərbaycanda qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2005 19:50 (UTC +04:00)

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında 2005-ci ilin yanvar-oktyabr ayları ərzində olan məlumata görə, ÜDM artımı daha çox - 23,4% Azərbaycanda qeydə alınıb. Trend bildirir ki, bu barədə MDB Dövlətlərarası statistika komitəsi məlumat verib.

Rusiya MDB ölkələri arasında ÜDM artımına görə (İqtisadiyyatın baza istehsalı sahələrində) dördüncü yeri (5,6%) tutub. Həmçinin qeyd olunur ki, Ermənistanda ÜDM artımı 12,2% təşkil edib. Belorusiyada artım 8,7%, Tacikistanda - 5,3%, Ukraynada - 2,8% təşkil edib. Qırğızıstanda ÜDM-nin 2005-ci ilin yanvar-oktyabrında 2004-cü ilin yanvar-oktyabrı ilə müqayisədə 0,3% azalması qeydə alınıb. Gürcüstanda, Qazaxıstanda, Moldovada, Türkmənistanda və Özbəkistanda ÜDM artımı üzrə məlumatlar aparılmayıb.

MDB ölkələri üzrə orta hesabla ÜDM artımı 2005-ci ilin yanvar-oktyabr ayları ərzində 6% təşkil edib.

Xəbər lenti

Xəbər lenti