...

Azərbaycan, Qazaxıstan və Gürcüstan konteyner qatarının operatorlarını müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2006 13:06 (UTC +04:00)

Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmiryolu idarələrinin nümayəndələri Black sea transit LTD və Advantage international transport and logistics LTD şirkətlərini Poti-Bakı-Aktau-Almatı marşrutu üzrə hərəkət edən konteyner qatarının operatorlarını seçiblər. Bu barədə Trend ə ölkənin Nəqliyyat Nazirliyinin Azərbaycan Dövlət Dəmiryolu İdarəsindən məlumat verilib.

Şirkətlərə bu il martın 1-nə kimi konteyner qatarlarının marketinq inkişaf strategiyasını hazırlamaq tapşırılıb. Bu il fevralın 1-dən konteyner qatarları kommersiya əsasları ilə işləyəcəklər. Bu il martın 15-nə kimi şirkətlər "Qaztranservis" (Qazaxıstan), "TransQavkaz" (Azərbaycan) şirkətləri ilə, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Xəzər Dəniz Gəmiçiliyi ilə ikitərfli razılaşma imzalamalıdır.

Konteyner qatarı bu il dekabrın 24-də buraxılacaq. Bu qatar Çindən Avroaya yük göndərənlərin cəlb edilməsini təmin etməlidir. Yüklər Gürcüstanın Poti limanından Bakıdan keçməklə Qazaxıstanın Aktau limanına göndərilir.

Ekspertlərin qeyd etdiyinə görə, hazırda Rusiyanın yürütdüyü qiymətlərin dempinq siyasəti üzündən Avropadan Asiyaya və əksinə hərəkət edən konteyner yük axınının ümumilikdə 3- 4 % -ə yaxını bu ölkədən keçir. Bu ildə 150 minə yaxın təşkil edir. Azərbaycan, Qazaxıstan və Gürcüstan yüklərin bir hissəsinin TRACECA dəhlizi ilə nəql edilməsinə çalışır.

Xəbər lenti

Xəbər lenti